İran

Tehranda neft şirkətinin rəsmi işçiləri tutuldu

İran Neft Şirkətinin ölkə üzrə bütün müəssisələrində çalışan rəsmi işçiləri iş yerinin və Neft Nazirliyinin binası önündə toplaşıb, öz tapdalanmış hüquqlarını tələb edərək etiraz aksiyası keçiriblər.

Toplantı əvvəlcədən razılaşdırılmış protokola uyğun olaraq avqust ayının əvvəlindən başlayaraq keçirilir və işçilərin hüquqları bərpa olunana qədər davam edəcəkdi.

Neft Nazirliyi tərəfindən müsbət addım atılmayacağı halda sentyabrda Tehrana gələcəkdilər.

Bu gün səhər saatlarından ölkənin hər bir yerindən neftçilər Tehranda Neft Nazirliyinin binasının qarşısına toplaşıb.

Hökumət qüvvələri aksiyanı dağıtmaq üçün etirazçıları həbs edib. İşçilərin məvacibinin gündəlik tələbatı ödəmədiyi və heç bir mediada işıqlandırılmadığı halda Neft Nazirliyinin rəsmilərinin aldığı astronomik rəqəmli məvacibləri KİV-lərdə tirajlanır.( azad ıran)

Related Articles

Bir cavab yazın

Back to top button