İran

Tehranda SEPAH qərargahına növbəti hücum olub

İyulun 20-i yerli vaxtla gecə saat 22:30 radələrində Tehranın Qüds şəhərciyində yerləşən İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) qərargahına hücum edilib.

Ərazidə bir neçə partlayışın baş verdiyi bildirilir.

Bu, son iki ayda SEPAH-ın Tehranda yerləşən qərargahlarına edilən sayca dördüncü hücumdur.

Hücumla bağlı İrana müxalif Xalq Mücahidləri Təşkilatı məlumat yaysa da, hücumun məsuliyyətini bir başa öz üzərinə götürməyib və bunun “üsyan mərkəzləri”nin əməliyyatı olduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button