İran

Tehrandan növbəti xəyanət: İran parlamentinin üzvləri Yerevanda qondarma “soyqırım” abidəsini ziyarət ediblər

İran İslam Şurası Məclisinin üzvləri dekabrın 21-də Ermənistan-İran parlamentlərarası dostluq qrupunun rəhbəri Gevork Papoyan, qrupun üzvləri Narek Babayan və Şirak Torosyanın müşayiəti ilə İrəvanda “Tsitsernakaberd” memorial kompleksini ziyarət edib.

İran İslam Şurası Məclisinin üzvləri dekabrın 21-də Ermənistan-İran parlamentlərarası dostluq qrupunun rəhbəri Gevork Papoyan, qrupun üzvləri Narek Babayan və Şirak Torosyanın müşayiəti ilə İrəvanda “Tsitsernakaberd” memorial kompleksini ziyarət edib.

“Aznews tv”  xəbərinə görə, nümayəndə heyətinin üzvləri qondarma Əbədi məşəl önünə gül dəstələri düzüb, qondarma erməni “soyqırımı qurbanları”nın xatirəsini sükutla yad ediblər.

İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Əlaqələr Komissiyasının üzvü Mahmud Əhmədi Biqəş deyib ki, bu, onun Ermənistana ilk səfəridir.

“Əlbəttə, mən keçən əsrin soyqırımından xəbərdar idim, lakin bu səfərdə məlumatlarım daha da artdı. İnsanlığın nəinki özünü bu cür aparması, hətta daha da pisi, etdiklərini tanımaması, o qədər vəhşi ola bilməsi məni xüsusilə kədərləndirdi”, – deyə iranlı millət vəkili riyakarlıqla bildirib.

Xatırladaq ki, Ermənistan liderləri qondarma soyqırımı iddiasından öz siyasi məqsədləri üçün istifadə edir. Ötən illər ərzində erməni mediasının dövlət rəsmiləri səviyyəsində qondarma “soyqırımı” məsələsini gündəmə gətirməsinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın o dövrə aid bütün arxivlərini Ermənistanla qarşılıqlı şəkildə sonuna kimi açmağa hazır olduğunu deyib. Lakin öz yalanlarına özlərindən, bir də fars dostlarından başqa kimsə inanmayan erməni hökuməti və lobbisi bu addımdan çəkinərək geri çəkilib. Əgər hər hansı bir soyqırımından söz açmaq lazımdırsa, 1915-ci ildən yox, elə 1992-ci il fevral ayının 26-da erməni terrorçularının tarixi Azərbaycan torpağı Xocalıda törətdikləri həqiqi və real soyqırımından danışsınlar.

Related Articles

Bir cavab yazın

Back to top button