İran

Tehranın Azadlıq qülləsində Çin bayrağının işıqlandırılması etirazlara səbəb olub

Ötən gün axşam saatlarında İran Çin təqvimi ilə yeni il münasibətilə bu ölkəyə "jest" edib.

Ötən gün axşam saatlarında İran Çin təqvimi ilə yeni il münasibətilə bu ölkəyə “jest” edib.

“Aznews tv” xəbər verir ki, Tehranın Azadlıq qülləsinin üzərində bununla bağlı Çin və İran bayraqları işıqlandırılıb.

Eyni zamanda Azadlıq meydanında quraşdırılmış səs ucaldıcılardan da çin və fars dillərində Çin musiqisi stilində şüarlar səsləndirilib.

2022-ci il Pekin Qış Olimpiya Oyunlarının simvolunun və reklam çarxlarının sözügedən qüllə üzərində işıqlandırılması da bu “jestlər”dən biri olub.

Qüllənin işıqlandırılması mərasimində Çinin Tehrandakı səfiri Çanq Hua və İran-Çin Dostluq Birliyinin rəisi Əlaəddin Borucerdi də iştirak ediblər. Çin səfiri etdiyi çıxışda artıq iki ölkə arasında 25 illik əməkdaşlıq anlaşmasının icrasının başlandığını deyib.

Həmin əsnada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın “Twitter”də paylaşımı etirazlarla qarşılanıb. O, Azadlıq qülləsinin işıqlandırılmış fotosunu paylaşaraq çin dilində Çin hökumətini və xalqını təbrik edib, eləcə də 25 illik əməkdaşlıq müqaviləsini var gücləri ilə icra edəcəklərini deyib.

Çanq Hua Abdullahianın bu statusunu paylaşaraq nazirə təşəkkür edib və “ədəbi dostluq” şüarı yazıb.

Bir çox istifadəçilər rəy bölümündə Abdullahianı və İran hökumətini Çinlə əlaqələrə görə tənqid edərək “nə şərqli, nə qərbli” şüarını yazıblar. Digər bir qism isə “Twitter”ə giriş Çində məhdudlaşdırıldığını və Abdullahianın paylaşımının çinlilərə çatmadığını qeyd etməklə naziri ələ salıblar.

Qeyd etmək lazımdır ki, İran xalqı bu ölkənin siyasətçilərinin Rusiya və Çinə meyilli siyasətini tənqid edirlər. Onlar Çinlə imzalanmış 25 illik, Rusiya ilə isə imzalanması nəzərdə tutulan 20 illik əməkdaşlıq müqavilələrini İranın bu ölkələrin müstəmləkəsinə çevrilməsi kimi dəyərləndirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button