İran

İran küçələrində dollar almaq və evdə saxlamaq qadağan edildi

İranda "malların və valyutanın qaçaqmalçılığına qarşı mübarizə" adlı yeni qəbul edilmiş qanunla evlərdə qeydiyyatsız və bəyan etmədən valyuta (dollar) saxlamaq qanunsuzdur və bunu edənlər valyuta qaçaqmalçısı hesab ediləcək

Qanun layihəsi aprelin 12-də İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf tərəfindən icrası üçün prezident İbrahim Rəisiyə elan edilib.

Cari ilin fevralında parlament tərəfindən təsdiq edilmiş bu qanunun son mətninə görə, valyuta əməliyyatları, onun ölkəyə gətirilməsi və çıxarılması üçün yeni şərtlər nəzərdə tutulmuş və elan edilmişdi. Yeni qanuna əsasən, bundan sonra İrana Pul və Kredit Şurasının elan etdiyi şərtlərə əməl etmədən valyuta gətirilərsə və ölkədən çıxarılarsa, bu, qaçaqmalçılıq sayılacaq.

Related Articles

Bir cavab yazın

Back to top button