İran

Vaşinqton İranda həbsdə olan İran əsilli amerikalı biznesmenin azadlığa buraxılmasını tələb edir

Amerika Dövlət Departamenti Emad Şərqinin İranda həbsdə saxlanılmasının 4-cü ilində ikili vətəndaşlığı olan həmin şəxsin azadlığa buraxılmasına çağırış edib.

Dövlət katibi Antoni Blinken aprelin 24-də öz Tvitter səhifəsində İran hökumətinin ikili vətəndaşlığı olan ailələrdən “siyasi alət” kimi istifadə etdiyinə toxunaraq yazıb: “4 ildir ki, Emad Şərqinin ailəsi səbirsizliklə İran hökumətinin onu həbsdən azad edəcəyini gözləyirdi”.

“Biz İrandan tələb edirik ki, bu qeyri-insani addımdan əl çəksin və Emadı azadlığa buraxsın”,- o, əlavə edib.

Respublikaçı senator Marko Rubio da öz Tvitter hesabında həmin şəxsin “bədnam Evin zindanında” həbsdə saxlanılmasının ədalətsiz və on qarşı irəli sürülən ittihamların isə əsassız olduğunu vurğulayaraq, Emad Şərqinin dərhal azadlığa buraxılmasına çağırış edib.

Related Articles

Bir cavab yazın

Back to top button