Qəzet adı açıqlanmayan İran rəsmilərinə istinadən bildirib ki, artıq Rusiyanın qabaqcıl radar və hava hücumundan müdafiə vasitələrinin İrana çatdırılmasına başlanılıb.
Qəzet qeyd edib ki, İsrail rəsmi olaraq #HƏMAS lideri İsmayıl Həniyənin öldürülməsinin məsuliyyətini öz üzərinə götürməsə də, İranın #hücum cavabını gözləyərək öz qüvvələrini və həyati əhəmiyyətli obyektlərinin həyəcan vəziyyətini maksimuma çatdırıb.