Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Milli fəal məhkəməyə çaırıldı

Təbrizdə yaşayan milli fəal Həmid Purvəli Təbrizin Cəza Məhkəməsinin 108-ci bölməsinə çağırılıb.

Bu barədə o, özünün sosial media hesabında paylaşım edib.

Fəala elektron poçt vasitəsilə göndərilən çağırış məktubunda ondan iyunun 3-də adı çəkilən məhkəmədə olması istənilib.

Çağırış məktubunda Həmid Purvəlinin “Qanunsuz aksiyada iştirak etməklə ictimai asayişi pozmaq” ittihamı irəli sürüldüyü bildirilib.

Qeyd edək ki, milli fəal bundan əvvəl 16 iyul 2022-ci ildə Təbrizdə Urmu gölünün qurudulmasına qarşı keçirilən aksiyada başqa bir neçə fəalla birgə həbs edilib.

Təbriz həbsxanasına köçürülən Həmid Purvəli 18 iyul tarixində girov qarşılığında məhkəməyə qədər müvəqqəti sərbəst buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button