İranSağlıq & Yaşam

Tibb mütəxəssisləri “sputnik v” ilə bağlı Ruhaniyə məktub göndərib

İranın Tibb Elmləri Sazimanının Ümumi toplantısının 98 üzvü vaksinasiyon ilə ilgili ölkə prezidenti Həsən Ruhaniyə məktub ünvanlayıblar. Məktubda Rusiya tolidi olan “Sputnik V” vaksininin ölkədə istifadəsinə icazə verilməsi ilə bağlı maddələr yer alıb. Belə ki, vaksinin təhqiqat aşamalarının şəffaf olmaması, beynəlmiləl qurumlar tərəfindən təyid edilməməsi tibb mütəxəssislərinin narahatlığına səbəb olub. Onlar vaksinin təhlükəli ola biləcəyi ilə bağlı ölkə başçısına bildiriş ediblər.
Qeyd edək ki, bir müddət öncə də tibb uzmanları prezidentə məktub yazaraq, vaksin alışına həssaslıqla yanaşılmasının vacibliyini vurğulayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button