
Türkiyənin İzmir şəhərində bir qrup tükançı arasında qarşıdurma yaşanıb. “Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, ətrafdakı binada yaşayan sakinlərdən biri hadisəni mobil telefonuna çəkərək yayıb. Görüntülərdə mağaza sahiblərinin bir-birinə qarşı taxtadan hazırlanan müxtəlif əşyalarla hücum etməsi təsvir olunub.