İran

SAKİNLƏR SUYA GÖRƏ YOLU KƏSDİ

Su çatışmazlığı səbəbindən Ələhvaz yolu saatlarla bağlı qaldı.
Umməltəmir kənd sakinləri Ələhvaz-Xurrəmşəhr əski yolunda etiraz keçirib.Onlar günlərdir suyun verilməməsindən şikayət edib. Xatırladaq ki, xordadın 3-ü Ələhvazın Qeyzaniyə bölgəsində də sakinlər suyun kəsilməsinə görə etiraz etmişdi. Etirazçılar tərəfindən yolun bağlandığından hadisə yerinə əmniyyəti qüvvələr göndərilib. Sakinlər fərmandar və Bəxşdarın problemin həll olmasına dair vədindən sonra yolu açıb. Ələhvaz Fərmandari məsulları, Kənd Su Şirkəti məssulları ilə danışıqlar aparacaqlarına söz verib. Ələhvazın mərkəzi Bəxşdarı Bəlmaçi “Uməltəmir kəndində su probleminin həll olunduğunu və sakinlərin su ilə təmin olunduğunu deyib. Ancaq, o, Əl-Əhvazda içməli suyun hansı səbədən kəsilməsini izah etməyib. Qeyd edək ki, Ələhvazda yüzlərlə kəndin su çatışmazlığı var. Ustanın su idarəsinin baş müdürü Sadiq Həqiqipur təqribən 700 kənddə belə problemin yaşandığını deyib.

 

Related Articles

Bir cavab yazın

Back to top button