İran

Şərqi Azərbaycan vilayətində virusla bağlı vəziyyət açıqlanıb

Şərqi Azərbaycan vilayətində koronavirusla bağlı son durum açıqlanıb. Təbriz Tibb Elmləri Danişgahının rəisi Doktor Məhəmməd Hüseyn Sumi bildirib ki, ustanda koronavirus təhlükəsi davam edir. Belə ki, ustanın güney şəhərlərində, özəlliklə də Marağa və Binabda mərizlik sürətlə yayılır. Danişgah rəsmisinin sözlərinə görə, gündəlik 500 nəfər mərizxanaya yerləşdirilir, ortalama 6 nəfər isə həyatını itirir. Ölkə üzrə koronavirusa yoluxma və ölüm hallarının sayına görə Şərqi Azərbaycan 16-cı yerdə durur.
Məhəmməd Hüseyn Sumi vətəndaşlara müraciət edərək sağlıq qaydalarını riayət etməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, koronavirusla mübarizə çərçivəsində maskdan istifadə, ictimai fasilənin gözlənilməsi mütləqdir

 

Related Articles

Bir cavab yazın

Back to top button