İran

Kərəcin Qız körpüsünün bir hissəsi çöküb

Cümə günü Kərəc şəhərinin tarixi Qız körpüsünün piyadalar üçün nəzərdə tutulan şərq hissəsi çöküb. Olaya ötən günlərdə yağan yağışlar səbəb olub. Bu barədə Əlbürz Əyalətinin Fərhəngi Miras, Əl Sənayesi və Turizm İdarəsinin baş müdiri Fridun Məhəmmədi məlumat verib. Bildirək ki, şəhərin ən qədim tikilisi olan Qız körpüsü Pol Doxtərnə, Hisar, Süleymaniyyə və Şah Abbas adları ilə də tanınır. Bu tarixi abidə Səfəvilər dövründə səlcuqlara aid qədim körpü qalıqları üzərində inşa edilib. Xatırladaq ki, Kərəcin Qız körpüsü 1379-cu ildə İranın Milli Əsərlər Listinə salınıb. Körpü ötən illərdə mərəmmət olunub.

Related Articles

Bir cavab yazın

Back to top button