Azərbaycan

Tikantəpədə qızıl mədəni çevrəni çirkləndirməkdə davam edir

Zəhərli tullantıların toplandığı bənd uçub.

Qərbi Azərbaycan əyalətinin Tikantəpə Zərşoran qızıl mədəninin zəhərli tullantılarının toplandığı bəndin uçması nəticəsində zəhərli maddələr bölgəyə yayılıb və çevrə çirkliliyi təhlükəli səviyyədə artıb.

Bölgə əhalisi zəhərli tullantıların bölgəyə yayılması nəticəsində əlin sahələrinin məhv olduğunu, mal-qaralarının zəhərləndiyini və su qaynaqlarının istifadəyə yararsız hala düşdüyünü deyirlər.

Əhalinin həyatının təhlükədə olmasına baxmayaraq, mədən istismarçıları və ilgili qurumlar məsələ ilə bağlı açıqlama verməkdən imtina edirlər.

Bundan öncə oxşar hadisə və mədəndə standartlara uyğun olmayan fəaliyyətlər, həyata keçirilən partlayışlar nəticəsində mədən ətrafında yaşayan kəndlərin əhalisinə çox məbləğdə ziyan dəyib, evlər yararsız vəziyyətə düşüb, əkin və bağ sahələri məhv olub.

Qeyd edək ki, Zərşuran və Ağdərə qızıl mədənləri Qərbi AzərbaycanınTikantəpə bölgəsində yerləşir və Yaxın Şərqin ən böyük mədənləri sayılır.

Mədənlərin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir.

Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.

Related Articles

Bir cavab yazın

Back to top button