Azərbaycan

Tofiq Zülfüqarov: “Rusiya bir dövlət kimi zəifləyir”

Azərbaycanın keçmiş xarici işlər vəziri Tofiq Zülfüqarov Rusiyanın dövlət kimi zəifləməsi və bunun nəticəsində getdikcə təsir dairəsini itirməsi haqda səslənən fikirləri açıqlayıb.
“Rusiya getdikcə zəifləyir. Bu ölkə iqtisadi baxımdan da təhrimlərə məruz qalıb. Bu təhrimlər gerçək olaraq Krımın birləşməsindən sonra başlayıb və tədricən nəticələr verir”.
Keçmiş vəzirin sözlərinə görə, Rusiyanın zəifləməsinin başqa vacib səbəbi bu ölkədə ideolojisinin olmamasıdır.
“İdeolojinin olmaması ona gətirib çıxarıb ki, şurəvidən sonrakı məkanında Rusiyanın nüfuzu azalır. Biz Ukraynın timsalında bunu görürük. Ancaq bizim üçün burada daha maraqlı məsələ var. Qarşısında belə ciddi problemləri olan Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? Xüsusilə o durumda ki, Ermənistanın özü Rusiyanın qucağından qaçmaq istəyir. Belə ciddi problemlə üzləşən və problemləri artan Rusiyanın sabah Ermənistana dəstək verəcəyi siyasi baxımdan məntiqli görünmür”, – deyə o, bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button