Azərbaycan

TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımaları COVİD-19-a görə 24% azalıb

2020-ci ilin yanvar-oktyabr aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 32 milyon 769.3 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 24% azdır.

Bu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aylıq hesabatında məlumat verilir.
Hesabat dövründə dəhliz çərçivəsində bütün yükdaşımaların 54,9%-i avtomobil nəqliyyatı ( 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə azalma 36,1%), 32,4%-i dəmir yolu nəqliyyatı (azalma 2,8%), 12,7%-i isə dəniz nəqliyyatının (azalma 2,9%) payına düşüb.
Yanvar-oktyabr TRACECA çərçivəsində daşımaların azalması COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərlə izah olunur.

Related Articles

Bir cavab yazın

Back to top button