İran

Germidə yanğın törədən şəxslər həbs olunub

“Germi vilayətində tullantıların basdırılması üçün ayrılan ərazidə yanğın törədən iki şəxs tutuqlanıb”. Bu barədə Germi vilayətinin Yaşam Çevrəsini Qoruma İdarəsinin rəisi Riza Rəhimi bildirib. Onun sözlərinə görə, həmin şəxslər ərazidə çox sayda maşın yağı filtrlərini yandırıblar. Yanğın söndürülüb və qaydaları pozan şəxslər məhkəməyə verilib.
Rəhimi bildirib ki, təbiətin çirklənməsinə səbəb olan, habelə insanların sağlamlığını təhlükəyə atan tullantıların yandırılması qanun pozuntusu hesab olunur. Bu kimi əməllər “Tullantıların İdarə olunması” və “Hava Çirklənməsinin Qarşısının alınması” qanunları ilə tənzimlənir. “Sakinlərdən xahiş edirik ki, qanun pozuntusu müşahidə edərlərsə 1540 sistemi ilə Germi vilayətinin Yaşam Çevrəsini Qoruma İdarəsinə məlumat versinlər”,-deyə o, qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button