Dünya

TRAMP İLLİK MAAŞINI ÖLKƏNİN EHTİYACLARINI ÖDƏMƏK ÜÇÜN XƏRCLƏDİ

Amerika prezidenti Donald Tramp elan edib ki, illik maaşını ölkənin ehtiyaclarına ödəyib. Bu barədə dövlət başçısı özünün ictimayi şəbəkədəki səhifəsində bildirib. “Mən lap əvvəldən özümün bütün illik maaşımı 400 mindən, 450 min dollara qədər hökumətimizə verirdim. Son yardım qəbzini Sağlamlıq Vəzirliyinə COVID-19-la mübarizə üçün verdim. Bu, mənim üçün böyük şərəfdir”, – deyə Tramp “Twitter”dəki hesabında yazıb. Daha əvvəl brifinqin gedişatında Ağ Evin mətbuat dəbiri Keyli Makinani Trampın prezident maaşından 100 min dolları koronavirusun müalicəsi üçün dava hazırlanması məqsədilə Behdaşt Vəzirliyinin hesabına keçirməsinə dair qəbzi nümayiş etdirib.

Related Articles

Bir cavab yazın

Back to top button