
Bu barədə Ağ Evin mətbuat qrupu məlumat yayıb.
İmzalama mərasimi zamanı Amerika lideri Vaşinqtonun bu alətdən tez-tez istifadə etməyəcəyinə ümid etdiyini bildirib.
“Ümid edirik ki, bundan çox tez-tez istifadə etməli olmayacağıq”, – Tramp yeni sənəd haqqında söyləyib.
Daha əvvəl İrana qarşı təzyiqin artırılması niyyətini dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində açıqlamışdı.
Trampın imzaladığı fərmandada İranın Çin də daxil olmaqla neft ixracını sıfıra endirmək, İran hökumətini mümkün qədər təcrid etmək, İranın nüvə, raket və proksi qüvvələrinin təhdidlərinə son qoymağa çağırılıb.