Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

Tramp İranla razılığa gəlmək istəyini bəyan edib

ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişəyə cəlb olunmaqdansa, razılaşma əldə etməyə üstünlük verdiyini açıqlayıb.

“ANT”xəbər verir ki, bunu Amerika lideri “Fox News” telekanalına müsahibəsində deyib.

“Hamı düşünür ki, İsrail bizim köməyimiz və ya razılığımızla İranı bombalayacaq. Mən bunun olmamasını istərdim. İranla razılıq əldə etməyə üstünlük verirəm. Çünki bu, bizə İranın nüvə obyektlərində yoxlamalar aparmağa, müşahidə etməyə imkan yaradacaq”, – Tramp bildirib.

O vurğulayıb ki, İrana nüvə silahı əldə etməyə imkan vermək olmaz.

Tramp həmçinin qeyd edib ki, Tehran narahatlıq içərisindədir, çünki onun müdafiə potensialı demək olar ki, itirilib.

Related Articles

Bir cavab yazın

Back to top button