Dünya

Tramp Kubaya yeni məhdudiyyətlər qoyub

Amerika prezidenti Donald Tramp Kubaya qarşı yeni məhdudiyyətlər tətbiq edib. Belə ki, ölkə başçısı Amerika vətəndaşlarının Kuba rəhbərliyinə məxsus binalara girişini qadağan edib. Eyni zamanda, Kuba tütünü və alkolunun varidi də məhdudlaşdırılıb. Məsələ ilə bağlı Donald Tramp Koçinos buxtasındakı əməliyyat döyüşçülərin şərəfinə Ağ Evdə keçirilən tədbirdə çıxış edib.
“Kommunizmə qarşı davam edən mübarizəmizin bir hissəsi olaraq bildirirəm ki, Maliyyə vəzirliyi amerikalıların Kubaya səfərləri müddətində onların bu ölkə rəhbərliyinə məxsus ərazilərdə olmalarını qadağan edəcək”, – deyə prezident vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button