Sağlıq & Yaşam

Şərqi Azərbaycan virus böhranı yaşayır

Bünab fərmandarı Əmin Rəfinin verdiyi bilgilərə görə, son günlərdə koronavirusa tutulanları və mərizlikdən ölənlərin sayı 2-3 dəfə artıb.
Xatırladaq ki, Şərqi Azərbaycanda virus yayqınlığı şiddətləndiyi üçün mədrəsələrdə 1 aylıq tətil elan edilib. Amarlara əsasən, hazırda bu ustanın mərizxanalarında 900 nəfərdən çox virus mərizi müalicə alır. COVID-19 səbəbindən gündəlik ən azı 7 nəfər həyatını itirir. Rəsmi məqamların sözlərinə görə, mərizxanalar virusa tutulanları yer olmadığı üçün qəbul edə bilmir.
Qeyd edək ki, rəsmi məqamların lazımi tədbirlər görməməsi, habelə əzadarlıq mərasimlərinin icrası vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Ölkədəki mövcud iqtisadi durum iş yerlərində fəaliyyətlərin yenidən işə başlamasını qaçılmaz edib. Bundan başqa, yanlış siyasət cəmiyyətin iqtisadi vəziyyətini mask ala bilməyəcək dərəcədə zəiflədib.

Related Articles

Bir cavab yazın

Back to top button