Dünya

TRAMP MƏDRƏSƏLƏRİN VAXTINDA AÇILMASINA ÇALIŞIR

Prezidenti Donald Tramp ölkədə mədrəsə və danışqahların həmişəki kimi sentyabr ayında açılmasına səy göstərdiyini açıqlayıb.

Prezidenti Donald Tramp ölkədə mədrəsə və danışqahların həmişəki kimi sentyabr ayında açılmasına səy göstərdiyini açıqlayıb.

Ağ Ev rəhbəri eyni zamanda ölkədə adi həyat tərzinin təşkil tapmasına çalışdığını deyib: “Bəli, öyrənci və şagirdlərin dərslərinə başlamasını, həmçinin, ölkənin adi həyat tərzinə qayıtmasını istəyirəm. Bu halın qeyri-müəyyən müddətə davam etməsini istəmirəm”.
Amerikada hazırda yalnız mağaza və davaxanaların fəaliyyət göstərdiyini deyən prezident restoran və kafelərin sifarişlərə uyğun olaraq yalnız ünvana çatdırılma xidməti göstərdiyini bildirib.
Hazırda bu ölkədə idman zalları, muzelər, təhsil müəssisələri bağlıdır.
Tramp əlavə edib ki, əyalətlərdə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı farmandarla qərar verə bilər: “Hər əyalətdə mövcud vəziyyət fərqlidir”.
Qeyd edək ki, Cons Hopkins Danışqahının son məlumatına görə, Amerikada 1,15 milyondan çox insan koronavirusa tutulub. Onların 67,6 minindən çoxu həyatını itirib.

Related Articles

Bir cavab yazın

Back to top button