Azərbaycan

Düşmən “bəzi istiqamətlərdə geri çəkildiyini” bildirir

Qondarma “dqr prezidentinin”, yəni hərbi cani Araik Arutyunyanın mətbuat katibi az əvvəl cəbhədəki vəziyyətlə bağlı açıqlama ilə çıxış edib. Və erməni qoşunlarının “bəzi istiqamətlərdə geri çəkildiyini”  təsdiqləyib.

Açıqlamada deyilir ki, “hədsiz spekulyasiyalardan qaçmaq üçün” bu məlumat açıqlanır. “Qeyd edirəm ki, bəzi istiqamətlərdə müdafiə ordusu qoşunları geri çəkib”,-qondarma rejimin nümayəndəsi Poqosyan bildirir. Və dərhal əlavə edir ki, bunu “daha çox qurbanlar verməmək və düşmənə qarşı əks hücum üçün toparlanmaq” üçün ediblər.

Əslində isə düşmən əsgərləri ötən gün prezident İlham Əliyevin xalqa müraciətində bildirdiyi kimi ordumuz tərəfindən işğal edilmiş ərazilərin bir hissəsindən, azı Cəbrayıl şəhəri də daxil olmaqla azı 22 yaşayış məntəqəsindən it kimi qovulublar.

Related Articles

Bir cavab yazın

Back to top button