Dünya

Tramp Tehranla nüvə danışıqlarını fəlakət adlandırıb

Aprelin 2-ində Miçiqanda Respublikaçıların mitinqində çıxış edən Amerikanın keçmiş prezidenti Donald Tramp Tehranla nüvə müzakirələrinə toxunub.

Hökuməti sərt tənqid edən sabiq prezident bayden komandasının heç bir xal uğur əldə edə bilmədiyni vurğulayıb.

O, Bayden administrasiyasının danışıqlarını “axmaqlıq” adlandırıb.

Çini danışıqları dəstəkləməyə çağıran Tramp bildirib ki, İran nüvə müzakirələrinin aparılmasını Rusiyaya həvalə edib.

Tramp Bayden hökumətinin İranla yeni razılaşma ehtimalına toxunub, bunu Amerikanın bu günə kimi İranla savaşında qazandıqlarını itirəcəyi anlamına gələcəyini söyləyib.

Hazırda nüvə danışıqları dayandırılıb.

Vyana danışıqlarında iştirak edən diplomatlar deyirlər ki, İran nüvə sazişinin imzalanması, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Amerikanın terrorçu qruplar siyahısından çıxarılması üçün şərtlər irəli sürüb və bu, danışıqların dalana dirənməsinə səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button