Dünya

Tramp: “Venesuela və Kuba uğrunda mübarizə aparacağıq”

Ağ Ev Dəftəri Venezuela və Kuba uğrunda “mübarizə aparmağa” hazırdır. Bu barədə Amerika prezidenti Donald Tramp ölkənin Silahlı Qüvvələri Cənub fərmandehliyinin qərargahında çıxışı zamanı məlumat verib. “Biz Venezuela uğrunda, həmçinin Kubadakı dostlarımız uğrunda vuruşacağıq”, – deyə o, bildirib. Ölkə başçısının sözlərinə görə, bu ölkələrdə vəziyyət Amerikanın “nəzarəti altında”dır. Venesuela prezidenti Nikolas Maduro isə öz növbəsində Amerika hökumətini “çirkli yalanın” yayılmasında ittiham edib. O, Trampın milli əmniyyət üzrə müşaviri Robert OBrayanın Venezuelanı “narkodövlət” adlandırmasına belə reaksiya verib.

Related Articles

Bir cavab yazın

Back to top button