
Qarşılaşma bu gün Təbriz vaxtilə 19:30, Bakı vaxtilə 20:00-da Əhvazın “Fulad arena” stadionunda baş tutub.
Oyunun ilk yarısında qapıların heç birindən qol keçməsə də, ikinci yarının birinci dəqiqəsində Təbriz təmsilçisi rəqib komandanın ilk qolunu vurub.
Oyun 90 dəqiqədə 1-0 “Traxtur”un hesabına başa çatıb.
İran futbol tarixində nadir hallardan biri olaraq oyuna 24 dəqiqə əlavə vaxt artırılıb.
Əlavə vaxtın 18-ci dəqiqəsində “Traxtur”a qarşı tutulan penaltı cəriməsindən sonra hesab 1-1 olub.
Əlavə vaxtın son dəqiqəsi, 24-cü dəqiqədə Təbriz komandası vurduğu qolla hesabı 2-1 edərək qələbəsini qətiləşdirib.
Bununlada 26 oyunda 61 xal qazanan “Traxtur” komandası turnir cədvəlində liderliyini qoruyub saxlaya, çempionluğa dahada yaxınlaşa bilib.
Qeyd edək ki, qarşılaşmanı izləmək üçün Güney Azərbaycan və İranın müxtəlif şəhərlərindən çox sayda azərbaycanlı Əhvaza gedib.
Bununla yanaşı bir neçə şəhərdə, o cümlədən Qoşaçay və Xoy şəhərlərinin mərkəzi meydanlarında quraşdırılmış böyük ekranlarda “Traxtur” “Fulad” qarşılaşması canlı yayılıb.
Hər iki şəhərdə meydanlara toplaşan “Traxtur”çular “Azərbaycan var olsun, istəməyən yox olsun” şüarları səsləndiriblər.
Bu, yerli sosial media platformalarında “Xoy, Qoşaçay “Traxtur” eşqi ilə dalğalandı” başlıqları ilə yayımlanıb.
Bununla yanaşı iki komandanın oyunu həm də Xuzistan ərəblərinin “Traxtur”çulara qarşı mehriban münasibəti, bir qrup ərəb azarkeşin stadionda Azərbaycana qarşı sevgilərini bildirən “Yaşasın Azərbaycan” plakatları, yazılı vərəqələr qaldırmaları ilə yadda qalıb.
İdman mediası bu qarşılaşmanı Premiyer Liqanın ən maraqlı və həssas oyunu adlandırıb.