İdmanİran

“Traxtur” klubu “Şarcə”ni 2:0 hesabla məğlub edib

Güney Azərbaycanın “Traxtur” timi İmaratın “Şarcə” timini 2:0 hesabla məğlub edib. Yarış ordibehiştin 9-da Asiya Qəhrəmanlar Ligi oyunlarının qrup mərhələsi çərçivəsində keçirilib. Oyunun 7-ci dəqiqəsində Sam Nəriman Cahanın pas atması ilə Məhəmməd Abbaszadə topu rəqib timin qapısından keçirib. Əbülfəz Rəzzaqpur oyunun 30-cu dəqiqəsində “Şarcə”nin meydançasında cərimə zərbəsini vurub. Qol vurulsa da davər bunu qəbul etməyib.
Oyunun 43-cü dəqiqəsində “Şarcə”nin 27 nömrəli oyunçusu kobud xətasına görə sarı kart ilə cəzalandırılıb.
Davər birinci yarıda tələf olunmuş vaxta görə oyunun qanuni vaxtına 2 dəqiqə artırıb. Amma “Şarcə” timi hesabı bərabərləşdirə bilməyib və oyunun birinci yarısı 1-0 nəticə ilə “Traxtur”un xeyrinə bitib.
Qarşılaşmanın ikinci yarısında İmaratın “Şarcə” timi oyunu güclü başlayıb. Amma Sam Nəriman Cahanın pası ilə Məhəmməd Abbaszadə 2-ci qolu 63-cü dəqiqədə “Şarcə”nin qapısından keçirib. Nəticədə Məhəmməd Abbaszadə bu oyunlarda 4-cü qolunu vurmuş olub.
Oyun qarşılıqlı hücumlar şəraitində keçib. Maraqlı keçən qarşılaşma 2:0 hesabı ilə “Traxtur” yığmasının xeyrinə başa çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button