Azərbaycan

“Traxtur” klubunun fanatı, ərdəbilli milli fəal ETTELAAT-a çağırılıb

Ərdəbil şəhərindən olan milli-mədəni fəal, "Traxtur" klubunun Ərdəbil üzrə fanat qruplarının başçılarından İrəc Şirzad ETTELAAT idarəsinə çağırılıb.

Telefon vasitəsilə idarəyə çağırılan fəal yazılı bildiriş istəsə də, təhlükəsizlik məmurları onu hədələyib və idarəyə getməsini istəyiblər.

Martın 15-də Ərdəbil şəhərinin ETTELAAT idarəsinə gedən fəal bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.

İrəc Şirzadın yaxınlarının verdiyi məlumata görə, təhllükəsizlik idarəsində ona qarşı psixi təzyiq göstərilib və fəalın fəaliyyətləriilə bağlı suallar verilib.

İrəc Şirzad bundan öncə “İran” qəzetinin azərbaycanlıları aşağılamasına qarşı keçirilən etiraz aksiyaları, Babək qalasına illik yürüş, öyrənci etirazları və başqa aksiyalara qatıldığı üçün bir neçə dəfə saxlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button