Azərbaycan

Traxtur komandasını türkiyəli baş məşqçi çalışdıracaq

Xrovatiyalı baş məşqçi uzaqlaşdırılıb.

Azərbaycanın “Traxtur” futbol komandasında böhran davam edir və xrovatiyalı baş məşqçi klub rəhbərliyindən uzaqlaşdırılıb.

Klubun verdiyi məlumata görə, 14 noyabr 2021-ci ildən fəaliyyətə başlayan xrovatiyalı baş məşqçi Zvonimir Soldo ilə bağlanan andlaşma fevralın 25-də ləğv edilib.

“Traxtur” klubu axşam saatlarında yaydığı məlumatda isə türkiyəli baş məşqçi Ərtoğrul Sağlamın kluba baş məşqçi kimi rəhbərlik etməsi ilə bağlı ilkin danışıqların aparıldığını, onun yaxın günlərdə son razılaşmalar üçün Təbrizə gələcəyini bildirib.

52 yaşlı türkiyə baş məşqçi bundan öncə “Samsun spor”, “Beşiktaş”, “Bursa spor”, “Malatiya spor” və “Kayseri spor” komandalarının çalışdırıb.

O, bundan öncə qısa müddət “Traxtur” klubunu çalışdırıb və onun rəhbərliyi altında çıxış edən klubun uğurları azərbaycanlılar və komanda tərəfdarları tərəfindən alqışlanıb.

Qeyd edək ki, uzun illərdir böhranla üz-üzə olan klubun İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərinin  nəzrətinə keçməsi ilə bağlı məlumatların yayılmasından sonra  “Traxtur” daha da geriləyib.

Güney Azərbaycanda futbol komandasından daha çox azərbaycanlıların kimlik simvoluna çevrilən “Traxtur”da yaşanan maliyyə böhranlarının həlli ilə bağlı dəfələrlə vədlər verilib.

Ancaq bu istiqamətdə heç bir əməli addım atılmayıb və Asiyanın nüfuzlu komandalarından biri olan “Traxtur” hazırda İran Premiyer Liqasının turnir cədvəlinin son yerlərində qərarlaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button