Azərbaycan

“Traxtur”- “Persepolis” oyununda qarşıdurma- Qarşılaşma yarımçıq dayandırılıb

Mayın 19-u Təbriz vaxtilə saat 19:00-da İran Futbol Premyer Liqasının 28-ci həftəsinin oyunları çərçivəsində Güney Azərbaycanın “Traxtur”, Tehranın “Persepolis” komandalarının görüşü keçirilib.

Təbrizin “Səhənd” stadionunda keçirlən qarşılaşması qarşıdurma ilə nəticələndiyi üçün oyun yarımçıq saxlanılıb.

Stadiona toplaşan minlərlə “Traxtur” tərəfdarı “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarları səsləndiriblər.

“Traxtur” futbolçuları azarkeşlərə qarşı tərbiyəsiz əl hərəkətləri edən “Persepolis” oyunçularına etiraz ediblər.

Bir neçə futbolçu oyundan uzaqlaşdırılıb, qarşılaşma isə 72-ci dəqiqədə dayandırılıb.

Bir neçə dəqiqə fasilədən sonra yenidən başlayan oyun gərgin keçdiyi üçün hakimlər qarşılaşmasının ləğv olunmasına qərar veriblər.

Qeyd edək ki, iki komandanın qarşılaşması hər zaman həssaslıqla izlənilib və komandaların oyunlarında çox sayda polsi qüvvələri stadiona nəzarət ediblər.

Tehran mətbuatı bu qarşılaşma ilə bağlı yaydığı məlumatı “20 nəfərlik “Persepolis” ordusu Təbriz yolunda” başlığı ilə yayınlayıblar.

Müxalif təşkilatların media orqanları oyun sonrası tamaşaçıların etiraz aksiyası keçirəcəklərini, başqa əyalətlərdə bahalığa qarşı baş verən mitinqlərə dəstək olacaqları barədə məlumatlar yayıb, çağırışlar ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button