Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİdmanİran

“Traxtur” vacib oyunda qələbə qazandı- Çempionluğa dahada yaxınlaşdı

Təbrizin “Traxtur” komandası İran çempionatında növbəti qələbəsini qazanaraq, çempionluğun bir addımlığına çatıb.

Təbriz təmsilçisi bu gün 25-ci turun oyununda yerli vaxtla saat 18-25-də Təbrizin Səhənd stadionunda Tehranın “İstiqlal”ını məğlub edib – 2:1.

Vacib 3 xal əldə edən “Traxtur” 54 xalla (24 oyun) turnir cədvəlində liderliyini qoruyub saxlayıb.

Yerli mənbələrin yaydığı məlumata görə, qarşılaşmanı 100 mindən çox insan izləyib, minlərlə insan isə stadiolna yaxın təpələrdən oyuna baxıb.

Güney Azərbaycanın və İranın müxtəlif şəhərlərindən stadiona toplaşan “Traktor” tərəfdarları “Yaşasın Azərbaycan”, “bu torpaqdan pay olmaz, Urmu Kürdüstan olmaz , “Urmu, Zəncan, Ərdəbil- bu səs Təbrizdən gəlir” və başqa şüarlar səsləndiriblər.

Səsləndirilən şüarlara görə, 5 televizya kanalından canlı yayılan qarşılaşmada səslər kəsilib və efirə verilməyib.

Tarixdə ilk dəfə olaraq “Traktor” qarşılaşması Təbriz, Urmiya, Ərdəbil, Zəncan televizyaları və İranın 3-cü kanalından canlı yayımlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button