Azərbaycanİran

“Traxtur”un matçında qarşıdurma olub

İran Premyer Liqasının ilk həftəsinin ən həssas oyunu hesab edilən “Traxtur”- “Sepahan” qarşılaşması avqustun 10-u, yerli vaxtla saat 19:00-da İsfahanın “Nəqş Cahan” stadionunda keçirilib.

İran mediası qarşılaşma xəbərini “Ulduzların döyüşü” başlığı altında dərc edib.

Gərgin şəraitdə keçən və oyunçular arasında qarşıdurmalarla müşayiət olunan matçda “Traxtur” komandası 3-1 hesabı ilə məğlub olub.

Hiddətlənən “Sepahan” azarkeşləri isə Azərbaycan dilində dəstək şüarları səsləndirən “Traxtur” azerkeşlərinə partlayıcı maddələr atıb. Nəticədə bir neçə nəfər yaralanıb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, “Traxtur”a dəstək vermək üçün Güney Azərbaycan bölgələri ilə yanaşı başqa yerlərdən, o cümlədən Tehran, Şiraz, Xorasan və b. şəhərlərdə yaşayan azərbaycanlılar da İsfahana axışıb.

İsfahan və İranın sosial media kanalları bunu “TT-lərin (Traktur Tərəfdarları) İsfahana hücumu” başlığı ilə yayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button