Azərbaycan

Türk Şurasi ölkələrin iqtisadi anlaşması

Bakıda Türk Şurası ölkələri arasında İqtisadi anlaşma imzalanıb.

Bakıda türkdilli ölkələr arasında çeşidli iqtisadi bplgələrdə bilgi  və təcrübə mübadiləsi üzrə anlaşma imzalanıb.

Bu anlaşma Azərbaycanın iqtisadiyyat vəziri Mikayıl Cabbarov, Qazaxıstanın ticarət vəziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə vəziri Akılbek Japarov, Türkiyənin ticarət vəziri Mehmet Muş, Özbəkistanın sərmayalar və xarici ticarət vəzirinin birinci müavini Əziz Voitov, Macarıstanın təhlükəsizlik siyasəti üzrə dövlət dəbiri Peter Ştaray tərəfindən imzalanıb.

Anlaşmada icra olunacaq işlərin ilgiləndirməsinə birgə işçi qrupunun yaradılması nəzərdə tutulur.

Sənədin icrasına məsul orqanlar Azərbaycan İqtisadiyyat Vəzirliyi, Qazaxıstanın Sənaye və gəlişmə Vəzirliyi, Qırğızıstanın Sərmayalar Vəzirliyi, Türkiyənin Ticarət Vəzirliyi və Özbəkistanın Sərmayalarla Xarici Ticarət Vəzirliyidir.

Related Articles

Bir cavab yazın

Back to top button