AzərbaycanDünya

Türk şurasının sammiti onlayn formatda keçiriləcək

Türk Şurasının toplantısının hansı formada keçiriləcəyi ilə bağlı qərar verilib. Belə ki, qərara əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının marsın 31-də Türküstan şəhərində keçirilməsi nəzərdə tutulan qeyri-formal toplantıso videokonfrans şəklində keçiriləcək. Məsələ ilə bağlı Qazaxıstan Xarici İşlər Vəzirliyinin mətbuat xidməti məlumat yayıb. Qərarın epidemioloji durumla ilgili qəbul edildiyi vurğulanıb.
Sözügedən qərar barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dəbirliyinə rəsmi bildiriş göndərilib.
Qeyd edək ki, zirvə görüşündə Türk Şurasına üzv dövlətlərin başçıları və təşkilatda nəzarətçi olan Macarıstanın Baş vəzirinin iştirak edəcəyi gözlənilir.

 

Related Articles

Bir cavab yazın

Back to top button