Azərbaycan

Məlikanda tarixi əşya qaçaqmalçıları saxlanılıb

Məlikanda tarixi əşya qaçaqmalçıları saxlanılıb. Bu barədə Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin mühafizə bölməsinin başçısı polkovnik Kazım Dadaşi məlumat verib.

Mediaya verdiyi açıqlamada polkovnik Kazım Dadaşi bildirib ki, daxil olan məlumat əsasında Məlikan mahalında əməliyyat keçirilib.

Onun dediyinə görə, Məlikanın Leylan bölgəsinin Əbdülabad kəndi ərazisində keçirilən əməliyyat nəticəsində 6 nəfər həbs olunub və onlara məxsus mexaniki və elektron qazıntı avadanlıqları götürülüb.

Dadşi, saxlanılanların barəsində cinayət işinin açılması üçün məhkəmə qurumlarına təhvil verildiklərini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button