Azərbaycan

Türkiyə nizamilərinin Azərbaycanda qalması 1 il uzadıldı

Bu gün Türkiyə Böyük Millət Məclisinin növbəti toplantısı keçirilib.

İclasda Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk nizamilərin əmrinin daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub.

Qanun layihəsinin ikinci oxunuşundan sonra, mövzu ilə bağlı 7 millət vəkili çıxış edib.

Türkiyə Böyük Millət Məclisinin Ədalət və gəlişmə Partiyası (AKPartiya), Miliyyətçi Hərakat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP), İyi Partiya və Böyük Birlik Partiyasının (BBP) nümayəndələri qanun layihəsinə müvafiq çıxış ediblər.

Azərbaycanın müzəffər ordusunun qələbəsinin birinci ildönümündən bəhs edən çıxışçılar bir il öncə bu qələbədə hakimiyyət, xalq və ordu birliyinin önəmli rol oynadığını bildiriblər.

Müzakirələrdən sonra rəyvermə keçirilib və layihə qəbul edilib.

Qeyd edək ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət vermişdi.

Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

Related Articles

Bir cavab yazın

Back to top button