İran

Əbülfəzl Qədyani Xameneidən tövbə edib hakimiyyətdən getməsini tələb etdi

Siyasi fəal Əbülfəzl Qədyani 1398-ci il aban ayı etirazlarının ikinci ildönümündə etirazların yatırılması məsələsi ilə bağlı açıqlama yayıb və bəyanatda Əli Xameneini “İranın bugünkü diktatoru” adlandıraraq, onu hakimiyyətdən uzaqlaşmağa çağırıb.

O, habelə Əli Xamenei tərəfindən əmri verilən 1398-ci ilin aban etirazlarının vəhşicəsinə yatırılmasını “Aban qırğını” adlandırıb.

O, habelə açıqlamasında bəzi məsələlərə də diqqət çəkib. Bunlardan biri SEPAH-ın Ukrayn müsafir uçağını vurması nəticəsində ölənlərin ruhuna şam yandırmağa çağırış edən Mehdi Mahmudian adlı şəxsin zindana salmasıdır.

Siyasi məhbusların cinayətkar məhbuslardan ayrı saxlanılmaması məsələsinə də toxunan Qədyani ötən ay cinayətkar məhbusların siyasi məhbuslara hücum edərək onlardan bir neçəsini yaralaması barədə xəbərlərin yayıldığnı deyib.

Sonda o, yoxsulluq və fəlakəti, İran rejimi tərəfindən xalqın əksəriyyətinə qarşı rəva görülən “sistematik zorakılıq” nümunəsi adlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button