Azərbaycan

Türkiyə və Pakistan Xarici İşlər Nazirlərinin görüşü keçirilib

Türkiyə və Pakistan xarici işlər vəzirləri arasında geniş tərkibli görüş keçirilib. Bu barədə Pakistan Xarici İşlər Vəzirliyinin mətbuat dəbirinin tuitter səhifəsində məlumat verilib. “Görüşdə iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi, habelə iki qardaş ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın gəlişməsi müzakirə olunub”, – deyə məlumatda bildirilib. Görüşlə bağlı Türkiyənin xarici işlər vəziri Mövlud Çavuşoğlu da paylaşım edib. O, tuitter hesabında Şah Mahmud Hüseyn Qureyşi ilə Maarif Vəqfinin fəaliyyəti haqda təfahumnamə anlaşmasını imzaladıqlarını açıqlayıb. Vəzirin sözlərinə görə, ölkələr arasında ilgiləri gücləndirəcək 71 maddəlik yol nəqşəsi də müzakirə edilib. “Ticarətimizi gerçək potensialına çatdıracağıq. Difa sənayesi sahəsində əməkdaşlığımızı gəlişdirəcəyik”, – deyə Çavuşoğlu vurğulayıb. Qeyd edək ki, bu gün İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər vəzirlərinin görüşü baş tutacaq.

Related Articles

Bir cavab yazın

Back to top button