![](https://www.aznews.tv/wp-content/uploads/2024/05/69ae3c5bbc2608674a6d-780x470.jpg)
“Sputnik-Armenia”nın xəbərinə görə, A. Sasunyan naməlum istiqamətə aparılıb.
Xatırladaq ki, o, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanın qətlində ittiham edilərək əfv hüququndan yararlanmaq qadağası ilə ömürlük azadlıqdan məhrum edilib.
2016-cı ildə isə Kaliforniya Məhkəməsi Ambik Sasunyanın şərti azadlığa buraxılması barədə hökm çıxarıb.
Qərarın təsdiqi Kaliforniyanın qubernatoruna həvalə edilib.
Üç il davam edən müzakirələr nəticəsində sözü gedən qərar 2019-cu ilin dekabrında icra olunub.