Dünya

Türkiyənin ikinci astronavtı türk bayraqları ilə kosmosda missiyasını başa vurub

Türkiyənin fəzaya gedən ikinci astronavtı Tuva Cihangir Atasevər kosmosda türk bayraqları ilə missiyasını başa vurub.

Uçuş bir saat iyirmi dəqiqə davam edib.

Uçuşdan təxminən 40 dəqiqə sonra astronavtların olduğu kosmik kapsul daşıyıcı raketdən ayrılıb. Əvvəl kosmik kapsul, ardınca daşıyıcı raket Yerə uğurlu eniş edib.

Türkiyənin ikinciı astronavtı Tuva Cihangir Atasever ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçub.

Uçuş zamanı o, Türkiyə və Azərbaycan bayraqları olan forma geyinib.

Tuva Cihangir Atasever və missiyanın digər üzvləri “Qəhrəman yürüşü” edərək kosmik təyyarəyə doğru yollanıblar. Türk kosmanavt bir sıra sınaqlar həyata keçirib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və TUBİTAK-ın seçimi əsasında 2 astronavt kosmosa uçuş haqqı qazanıb. Türkiyənin ilk astronavtları Alper Gezeravcı və Tuva Cihangir Atasever 36 min namizədin arasından seçilib.

Alper Gezeravcı bu il yanvarın 18-də Beynəlxalq Kosmik Stansiyaya uçub.

Related Articles

Bir cavab yazın

Back to top button