Dünya

Türkiyənin müdafiə sənayesi yeniliklərə imza atır

Xəbər verdiyimiz ki, Türkiyə Cümhuriyyəti “Akıncı” və “Aksungur” pəhpadlarının sınaq uçuşlarını uğurla həyata keçirib. Belə ki, ölkənin nizami sənayesi sözügedən pəhpadların döyüş imkanlarını nəzərdə keçirib. “Bayraktar Akıncı” milli raket sistemləri tolidçisi “ROKETSAN” tərəfindən hazırlanan “MAM-C”, “MAM-L” və “MAM-T” sursatları ilə işə salınıb. Türkiyə Havacılık və Uzay Sənayesi şirkətinin hazırladığı “Aksungur” pəhpadı isə 340 kilogirəm ağırlığında döyüş başlığına malik KGK-82 ağıllı bombası ilə hərəkətə gətirilib. Pəhpad ilk döyüş atışı həyata keçirərək 30 kilometrdən artıq məsafədən hədəfi yüksək dəqiqliklə vurub. Ağıllı döyüş sursatının hədəfi 2 metr yarım dəqiqliklə vurduğu bildirilir. Bütün bunlar Türkiyə nizami sənayesinin yeniliklərə uğurla imza atdığını deməyə əsas verir. Araşdırmalara görə, “Zeytun Budağı” və “Bahar Kalkanı” əməliyyatlarına hədəflənən nəticələrin daha qısa müddətdə təsirli şəkildə əldə ediləcəyi gözlənilir.

Related Articles

Bir cavab yazın

Back to top button