Dünya

Bayden: “Təhlükələrə qarşı sayıqlığımızı qoruyacağıq”

“İran ilə Quzey Korənin atom bərnaməsi Amerika, habelə dünyanın əmniyyətinə ciddi təhdiddir. Amerika öz müttəhidləri ilə birlikdə diplomatik yollarla bu iki ölkənin qarşısının kəskin alınması üçün işlər görəcək”. Bunu Amerika prezidenti Co Bayden Konqrədə çıxışı zamanı söyləyib. O, eyni zamanda, Afriqa, Yaxın Doğu bölgəsində, Yəmən, Suriyə, Somali kimi ölkələrdə DAEŞ ilə “Əl-Qaidə” teror təşkilatlarına bağlı terorçuların hələ də qalmasından gileylənib. Amerikanın bunları nəzərə alaraq, əmniyyət məsələsinə daha diqqətli yanaşmalı olduğunu önə çəkib. “2001-ci ildən sonra teror təhlükəsi Əfqanıstanın hüdudlarından kənara çıxıb. Buna görə də, biz ölkəmizə yönələcək istənilən təhlükəyə qarşı sayıqlığımızı qoruyacağıq”,-deyə o, bildirib. Amerika Prezidenti yaxın zamanlarda ölkəsinin çeşidli qoşun növlərinin Hind-Sakit oqyanus bölgəsində iştirak edəcəyini deyib. O, Çin Xalq Cümhuriyyətinin başqanı Si Tsinpinə bu barədəki vədəsini də xatırladıb. “Biz bu addımı yeni münaqişə ocağı yaratmaq üçün deyil, baş verəcək münaqişənin qarşısını almağ atmalıyıq”,-deyə Bayden diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button