BölgəDünya

Türkiyə Çindən uyğur türkləri ilə bağlı izahat istəyir

Türkiyə Çinin Sincan Uyğur Muxtar Bölgəsinin (Şərqi türküstanın) mərkəzi Urumçidə baş verən yanğında ölənlərlə bağlı Çin rəsmilərindən izahat istəyib.

Türkiyə Xarici İşlər Nazirliyi sözügedən mövzu ilə bağlı yazılı məlumatında bildirib: “Çinin Sincan Uyğur Muxtar Bölgəsinin mərkəzi Urumçidə baş verən yanğında həyatını itirənlərin və yaralananların olduğunu dərin hüznlə öyrəndik. Türkiyə bu faciəli hadisə ilə bağlı başsağlığı verir və yaralananlara tezliklə sağalmalarını diləyirik.

Yanğının səbəbi ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını gözləyir, Çin səlahiyyətlilərindən izahat tələb edirik.”

Xatırladaq ki, Çinin Sincan-Uyğur Muxtar Bölgəsinin mərkəzi Urumçidə karantində olduğu iddia edilən mənzildə baş verən yanğında 10 nəfər həyatını itirib. Yanğının baş verdiyi mənzilin sakinlərinin karantin səbəbindən evlərini tərk edə bilməmələri, yanğınsöndürənlərin metal sədlər və şlaqbaumlarla əhatə olunmuş kompleksə daxil olmağı bacarmamaları ilə bağlı iddialar etiraza çevrilən reaksiyalara səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button