AzərbaycanDünya

Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə güneyli tələbə yürüş edib

Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə Güney Azərbaycandan olan hüquq elmləri doktoru Əli Həmzəzadə Antalya ilə Ankara arasındakı məsafəni velosipedlə qət edib.

O, bu simvolik aksiya ilə bağlı bildirib ki, məqsədi Güney Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və həmrəyliyin əhəmiyyətini vurğulamaqdır.

Əli Həmzəzadə iki il əvvəl işğal altında olan Qarabağın azad edilməsi və Güney Azərbaycan uşaqları üçün türkcə kitabların hazırlanması münasibətilə Antalyadan Gürcüstan sərhədinə qədər olan məsafəni qət edib.

Keçən il isə o, Azərbaycan Respublikasının qərbindən şərqə gedən marşrutu qət edərək şəhid Polad Heşimovun heykəlini şəhidin ailəsinə təqdim edib.

Həmçinin Əli Həmzəzadə Urmiya gölünə dəstək olmaq üçün Akdəniz sahilində də 130 kilometr məsafə qət edib.

Related Articles

Bir cavab yazın

Back to top button