Dünya

TÜRKİYƏ MƏRZDƏKİ KEÇİD MƏNTƏQƏLƏRİNİ AÇIR

Türkiyə İran və İraqda keçid məntəqələrini açır
Türkiyənin ticarət vəziri Ruxsar Pekcan bildirib ki, bu həftə İraq və İranla keçid məntəqələri açılacaq.
Onun sözlərinə görə, İranla Gurbulaq və İraqla Xabur keçid məntəqələri ticari dövriyyəni artırmaq üçün açıllr. Pekcan əlavə edib ki,may ayında ölkənin sadiratı keçən ilin eyni ayı ilə müqayisədə yüzdə 41 azalaraq, 9.43
milyard dollara və varidatı yüzdə 28.2 azalaraq 12.79 milyard dollara düşüb.
Türkiyə İranla fevriyyə ayının 22-də mərzləri bağlayıb. Səbəb isə İranda koronavirusun geniş yayılması olub.
Türkiyənin ilin 4 ayında ticari amarına əsasən, bu müddətdə İrandan 301 milyon dollar varidat və İrana
522 milyon dollar sadiratı olub. Keçən ilin müvafiq dövründə İrana sadirat 922 milyon dollar və varidatı 2.2 milyard dollar idi.
Avril ayında, İranın Türkiyəyə sadiratı yalnız 19 milyon dollar təşkil edib ki 25 dəfə keçən ilin mayından azdır.
Türkiyə 2019-cu ilin ikinci yarısından, İrandan nəft varidatını dayandırdı və avril ayının əvvəlindən, qaz alışını boru kəmərinin zədələndiyi üçün dayandırıb. Boru PKK-nın törətdiyi terror nəticəsində zədələnib.
Türkiyənin İraqa sadiratı isə ilin ilk 4 ayında 13 faiz azalaraq, 2.77 milyard dollar olub, ancaq varidatı 10 dəfə artaraq 1.93 milyard dollara çatıb.
İraqdan varidatda kəskin artıma səbəb , İraq neftinin Türkiyə bazarında İranı əvəz etməsidir

Related Articles

Bir cavab yazın

Back to top button