Dünya

Türkiyə öz vaksinini hazırladı

“TURKOVAK”ın iztirari istifadəyə verilməsi üçün müraciət mərhələsinin vaxtı çatıb.

Bunu Türkiyənin Sağlıq vəziri Fəxrəddin Qoca yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaradılan Elmi Şuranın növbəti iclasdan sonra açıqlamasında bildirib.

Vəzir deyib ki, yeni növ koronavirusa (COVID-19) qarşı Türkiyənin yerli istehsalı olan “TURKOVAK” bu gün ikinci bir müəssisədə kütləvi şəkildə istehsal ediləcək altyapıya sahib olub: “Təsdiq ediləcəyi təqdirdə oktobr ayında kütləvi istehsala başlayacağıq”.

F.Qoca deyib ki, vaksəni olan “SİNOVAK”la “TÜRKOVAK”ın müqayisəli üçüncü faza fəaliyyətləri sabah başa çatmış olacaq: “Gələn həftə bu araşdırmaların nəticəsi açıqlanacaq”.

Vəzir onu da deyib ki, qeyri-fəal vaksənlərin orqanizmdə müqavimət yaratmaq qabiliyyəti adətən 3 ay sonra itdiyi üçün, yenidən vaksənolunma tövsiyə edilir

Related Articles

Bir cavab yazın

Back to top button