Dünya

Türkiyə prezidenti Liviyanin baş nazirini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Libinin Baş baxanı Əbdülhəmid Dibeybəni qəbul edib. Qarşılama mərasimində Türkiyə Prezidentinin mətbuat dəbiri İbrahim Kalın, enerji və təbii sərvətlər baxanı Fatih Dönməz, ticarət baxanı Ruhsar Pekcan, Prezident dəftərinin ilgilər bölməsinin başqanı Fəxrəddin Altun və başqa məsullar iştirak ediblər. Görüşdə Türkiyə və Libi arasında nəft-qaz yataqlarının işlənməsində əməkdaşlıqla bağlı razılıq əldə olunub. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər baxanı Fatih Dönməz öz “Tuiter” hesabında yazıb. “Libinin nəft və qaz baxanı Məhəmməd Əhməd Oun ilə səmərəli bir görüş keçirdik. Özəlliklə nəft və təbii qaz sahəsində əməkdaşlığımızı gəlişdirməyə qərar verdik”,-deyə o, diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button