İran

Xudafərin meşələrində yanğınların sayı azalıb

Xudafərin meşələrində yanğınların sayı azalıb. Bu barədə Şərqi Azərbaycan Ustandarisinin Böhranları İdarəetmə başqanı Məhəmməd Ba:qir Hünərbər açıqlama verib. Məlumata görə, ötən illə müqayisədə bu il yanğınların sayı 8 qat azalıb. Belə ki, 1398-ci ildə vilayətdə 36 yanğın hadisəsi baş verib. Olay nəticəsində 1 970 hektar meşəlik və otlaq sahəsi məhv olub. 1399-cu ildə isə 6 meşə yanğını qeydə alınıb. Yanğınlar zamanı 250 hektar əraziyə ziyan dəyib. Hazırda meşə sahələrinin qorunması və yanğından mühafizəsinin daha da gücləndirildiyi vurğulanıb. Bundan başqa, Əyalətin Baş Havaşünaslıq İdarəsindən Xudafərin bölgəsində Havaşünaslıq İsqahının tikilməsi istənilib.
Vurğulayaq ki, Qaradağın 160 min hektarlıq meşə sahəsinin 70 min hektarı Xudafərin məntəqəsində yerləşir.

Related Articles

Bir cavab yazın

Back to top button