Dünya

Türkiyə Prezidenti Qarabağın işğalına səssiz qalanları qınayıb

Ermənilərin qədim Azərbaycan torpağı Qarabağın işğalına qarşı kor, kar, lal qalanların bu gün sərgilədikləri duruş ikiüzlüdür”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“İşğalçılara səssiz qalan, vətənini qoruyanı isə suçlayanların sözünün bizim üçün heç bir dəyəri yoxdur. Azərbaycanlı qardaşlarımızın işğal altındakı ərazilərini azad etmə məsələsində yanlarında olduğumuzu bir daha qeyd edirəm. Xüsusilə Minsk üçlüsü deyilən Amerika, Fransa və Rusiya 30 ildir bu problemi gözardı edir. Bu səbəblə atəşkəs istəkləri yersizdir. İşğalçılar öncə bu ərazidən çıxmalıdırlar. Azərbaycanlı qardaşlarımız indi torpaqlarına dönəcəyi günü həsrətlə gözləyir. Bunu möhtərəm Makron və Putin ilə görüşdə də bildirmişəm. Amma nəticə yoxdur. Ancaq indi nəticə zamanıdır. Türkiyə olaraq iki dövlət, bir millət kimi gördüyümüz azərbaycanlı qardaşlarımıza hər cür dəstəyi verməyi davam edəcəyik. Ermənistanı hər şeyi bir kənara qoyub Türkiyəyə iftira atma cəhdləri xilas etməyəcək. Rəbbim azərbaycanlı qardaşlarımızın yar və yardımçısı olsun!”, -deyə Türkiyə prezidenti vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button